• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu cür ayrı-seçkilik islamda gedən proseslərin bütövlüyünə zərbə vurur"

"Bu cür ayrı-seçkilik islamda gedən proseslərin bütövlüyünə zərbə vurur"
07.06.2016 11:54
"Ümumi səsvermə nəticəsində belə razılığa gəlinib ki, islam ölkələrində dini bayramlar və dini mərasimlər eyni gündə keçirilsin və vahid təqvim tətbiq edilsin".

ANN.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, Türkiyədə dini bayramların bütün islam ölkələrində eyni gündə keçirilməsi ilə bağlı bu yaxınlarda böyük bir toplantı keçirilib, həmin tədbirdə məsələ ilə bağlı geniş müzakirələr aparılıb:

"Ümumi səsvermə nəticəsində belə razılığa gəlinib ki, islam ölkələrində dini bayramlar və dini mərasimlər eyni gündə keçirilsin və vahid təqvim tətbiq edilsin. Bunun üzərində iş gedir. Burada əsasən aparıcı islam ölkələrinin bununla bağlı atacağı addımlar olduqca önəmlidir. Bu tədbirdə ümumi razılığa gəlinib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində məsələ müzakirə olunsun və bununla əlaqədar İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qətnamə qəbul edilsin".

"Bu məsələ ilə əlaqədar Azərbaycan öz mövqeyi ondan ibarətdir ki, islam dünyasında vahid təqvim sistemi tətbiq olunmalıdır. Burada hər hansı ayrı-seçkilik və parçalanma olmamalıdır. Çünki bu cür ayrı-seçkilik və təqvim fərqləri bütövlükdə islamda gedən proseslərin bütövlüyünə zərbə vurur. Ona görə də biz islam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq. Amma bu, müzakirə mövzusudur. Müzakirə davam edir və  İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirələr olduqda Azərbaycan öz mövqeyini bildirəcək" - deyə M.Qurbanlı əlavə edib.

Qeyd edək ki, bu gün Gənclər arasında milli-mənəvi  dəyərlərin təbliğ edilməsi və dini radilakizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün birgə Tədbirlər Planına uyğun olaraq, "Multikultral dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir" mövzusunda konfrans keçirilib.

Orxan Aslanlı




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol