• $
  • €
  • ₽
  • ₺
  • £

İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin nümayəndələri ADU-da

İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin nümayəndələri ADU-da
29.05.2020 03:12
İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Mahyudin Mansyur Mantenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU)  oldu.
 
Qonaqları universitetdə  görməkdən məmnun olduğunu bildirən universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov  rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonaqlara ətraflı məlumat verdi. Universitetin yaranma tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında danışan professor D.Yunusov Azərbaycan Dillər Universitetinin  bir çox istiqamətlər, o cümlədən müxtəlif dillər üzrə kadrlar hazırladığını sözlərinə əlavə etdi.
 
Universitetdə  mövcud olan dil mərkəzləri haqqında danışan professor  İndoneziya Araşdırmalar mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.
 
Professor Dünyamin Yunusov tələbələrin İndoneziya dilinə böyük maraq göstərdiyini qeyd etdi, həmçinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində İndoneziyaşünaslıq ixtisasında 40 nəfər tələbənin təhsil aldığını bildirdi. 

ADU-da olmaqdan şad olduğunu dilə gətirən nümayəndə heyətinin rəhbəri Mahyudin Mansyur Manten səmimi qəbula görə təşəkkür etdi.  O, bu işgüzar səfərin dostluq məqsədi daşıdığını qeyd etdi. İndoneziya Respublikasının Xalq Məşvərət Məclisi haqqında danışan Mahyudin Mansyur Manten məclisin 692 millət vəkilindən ibarət olduğunu vurğuladı. O, ADU-da İndoneziya Araşdırmalar mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi. Qonaq digər sahələrlə yanaşı, təhsil sahəsindəki əməkdaşlıq nəticəsində ölkələrarası əlaqələrin daha da  inkişaf edəcəyinə əminliyini ifadə etdi. 

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, tələbə-müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparıldı.

Sonra qonaq universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusova hədiyyə təqdim etdi. 

Görüşdən sonra qonaqlar Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşdü. Görüşdə qonaqlar tələbələri maraqlandıran sualları cavablandırdılar. 

Qeyd edək ki, görüşdə İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananie də iştirak edirdi.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol