Bakıda maskalılar qadının evinə hücum edib

Bakı şəhərində maskalı şəxslər mənzilə hücum edib.
"Report”un xəbərinə görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.
Naməlum şəxslər mənzildə tək olan ev sahibi Firəngiz Həsənovanın əl-qolunu və ağzını yapışqanlı lentlə bağlayıb və onu döyüblər.
Mənzildə olan pulları və qiymətli əşyaları götürən naməlum şəxslər hadisə yerindən qaçıblar.
F.Həsənova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























