Sabah bu rayonların qaz təchizatı məhdudlaşdırılacaq

Sabah Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, iyunun 8-də saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Zabrat” və Ağdaş magistral qaz kəmərləri sahəsinin "Yaqublu” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























