• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda hamilə qadınlar üçün məktəb fəaliyyətə başladı

Sumqayıtda hamilə qadınlar üçün məktəb fəaliyyətə başladı
08.06.2016 11:02
Hamilə qadınların təhlükəsiz doğuşa psixoprofilaktik hazırlamaq məqsədi ilə Sumqayıt şəhər 2 nömrəli qadın məsləhətxanasında valideynlər məktəbi fəaliyyətə başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report”a verilən xəbərə görə, məktəbdə hamilə qadına, onun ailə üzvlərinə hamiləlik zamanı orqanizmdə baş verən anatomik-fizioloji dəyişikliklər barədə, hamiləlik dövründə gigiyenik qaydalara necə riayət etmək və düzgün qidalanma barədə məlumatlar verilir, "Təhlükəsiz doğuş”a psixoprofilaktik hazırlanır.

Valideynlər məktəbində məşğələlər həftədə bir dəfə müntəzəm surətdə aparılır. Məşğələlərdə hamilə qadınlarla bərabər həyat yoldaşları və ailə üzvlərindən olan şəxslər iştirak edirlər.

Məşğələlər zamanı eyni zamanda, hamiləlik dövründə risk faktorları, irsi-genetik xəstəliklər, dölə əlverişsiz amillərin (infeksiya, müxtəlif dərmanlar və s.) təsiri və hamiləlik zamanı yaranan digər problemlər barədə geniş izahatlar verilir.

Hamilə qadının həyat tərzinin dəyişdirilməsi, açıq havada gəzinti, düzgün qidalanma, gigiyenik qulluq (dəriyə, dişlərə və s. bədən üzvlərinə) barədə məsələlər xüsusilə vurğulanır.

Sonrakı məşğələlərdə doğum evinə hazırlıq, doğuşda əməkdaşlığın rolu, doğuş əlamətləri, doğuş və ondan sonrakı dövr haqqında ətraflı məlumat verilir.

Reproduktiv sağlamlıq və ailənin planlaşdırılması məsələlərinə (xüsusən abortların azaldılması, kontraseptiv vasitələrdən istifadə) xüsusi diqqət verilir.
Bu məşğələlər zamanı ayda bir dəfə hamilələrdə psixoemosional vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hamiləlik, doğuş və zahılıq dövründə ailədə qadına psixoloji və fiziki dəstəyin rolunun əhəmiyyəti barədə məlumat verilməsi üçün psixoloq dəvət olunur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol