• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeraltı təkanların daha çox qeydə alındığı bölgələr

Azərbaycanda yeraltı təkanların daha çox qeydə alındığı bölgələr
08.06.2016 11:27
 "May ayının 25-dən iyunun 7-dək Azərbaycanda və ölkəyə yaxın qonşuluqda yerləşən ərazilərdə 257 yeraltı təkan qeydə alınıb”.

Bunu "Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bunların əksəriyyəti hiss olunmayan zəif təkanlardır: "Təkanların əksəriyyətinin maqnitudası 0.5, 0.7, 1.2, 1.5 arasında, yalnız ikisinin maqnitudası isə nisbətən çox olub. Onlardan biri iyunun 6-da Mingəçevirdən 22 km aralı, Ağdaşa doğru ərazidə baş verib və maqnitudası 3.1 olub. Digəri isə iyunun 7-də Xəzər dənizində qeydə alınıb və maqnitudası 3 olub. Bu yeraltı təkanlar da hiss edilməyib. Bütün təkanlar fon səviyyəsindədir. Yəni elə bir zona yoxdur ki, orda aktiv təkanlar qeydə alınmasın”.

Q.Yetirmişli bildirib ki, Azərbaycanda hazırda seysmoloji aktivlik müşahidə edilmir: "Ökə ərazisində daim xırda təkanlar qeydə alınır və bu normaldı. Yəni bu göstərici Azərbaycana, seysmoaktiv bölgəyə xas olan əlamətlərdir”.

Azərbaycanda ən çox təkanların hansı ərazilərdə qeydə alınmasına gəlincə, baş direktor qeyd edib ki, zəlzələr ən çox Xəzər dənizində, Böyük Qafqaz dağ sisteminin cənub şərqində - Şamaxı, İsmayıllı, şimal-qərbində - Zaqatala, Şəki, Balakən, cənub hissədə Lənkəran, Lerik, Kiçik Qafqazda yerləşən Daşkəsən, Gəncə, Gədəbəy rayonlarının ərazilərində qeydə alınır: "Yəni təkanlar hamısı eyni yerdə olmur, xırda proseslər olmalıdır, çünki Azərbaycan seysmoaktiv zonadır”.

Q.Yetirmişlinin sözlərinə görə, ölkə ərazisində tektonik hərəkətlər daimi var: "Onların nəticəsidir ki, zəif təkanlar olur. Amma hazırda baş verə biləcək güclü-dağıdıcı zəlzələ üçün elə bir aktiv bölgə yoxdur. Yəni tektonik qırılmalar zamanı baş verən zəlzələlər qorxulu deyil".

O qeyd edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin stansiyaları fasiləsiz müşahidələr aparır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol