• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda toksikoloji zəhərlənmələrdən ölənlərin sayı açıqlandı

Azərbaycanda toksikoloji zəhərlənmələrdən ölənlərin sayı açıqlandı
29.05.2020 10:43
Azərbaycanda toksikoloji zəhərlənmələr arasında sirkə turşusundan zəhərlənmələr üstünlük təşkil edir.

 APA-nın xəbərinə görə, bunu Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu  Azər Maqsudov deyib.
 
A.Maqsudov bunun böyük problem olduğunu açıqlayıb. Onun sözlərinə görə, dəfələrlə əlaqədar qurumlara sirkə turşusunun faizinin azaldılması ilə bağlı müraciətlər edilib: "Əgər əvvəllər sirkə turşusu 85-90%-lik buraxılırdısa, indi bu rəqəm 75%-dir. Buna baxmayaraq, yenə də ölüm faizi çoxdur. Hər ay xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 10-15 şəxs qəbul olunur. Onların 80-90%-i ağır və kəskin ağır vəziyyətdə gətirilir”.
 
Toksikoloq qeyd edib ki, il ərzində 2 mindən çox şəxs Toksikoloji mərkəzə ümumi zəhərlənmələrlə bağlı müraciət edir. 2 min müraciətdən 30-40 nəfəri ölümlə nəticələnir. Onların əksəriyyəti sirkə turşusu, psixotrop maddələr və tək-tək hallarda dərman zəhərlənmələri nəticəsində olur.
 
A.Maqsudov əlavə edib ki, zəhərlənmələr arasında spirtli içki, narkotik və psixotrop preparatlarla zəhərləmələr də üstünlük təşkil edir.
 
Toksikoloq vurğulayıb ki, hər il xəstəxanaya 300-320 uşaqda olan müxtəlif zəhərlənmələrlə bağlı müraciətlər edilir: "Onların 80%-i yandırıcı məhlullar, 10 faizi məişətdə istifadə edilən kimyəvi məhsullar, 4-5 faizi isə polivitamin və antibiotiklərlə bağlı olur. Bəzən valideynlər ürək, təzyiq dərmanlarını nəzarətsiz qoyur, uşaqların onları qəbul etməsi isə zəhərlənməyə səbəb olur. Bundan əlavə, bəzən uşaqlara dərman preparatlarının dozasının artıq təyin olunması da mənfi sonluqla nəticələnir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol