• $
  • €
  • ₽
  • ₺
  • £

​QMİ azanın müəyyən edilən vaxtdan tez verilməsi məsələsinə aydınlıq gətirib

​QMİ azanın müəyyən edilən vaxtdan tez verilməsi məsələsinə aydınlıq gətirib
10.06.2016 10:58
"İmsak vaxtı sübh namazından 15 dəqiqə əvvəl azan verilməsi insanlara qidalanmağı dayandırmaları üçün xəbərdarlıq məqsədi daşıyır".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı Ağasəid Yaqubov bildirib.

O, cənub bölgəsindəki məscidlərdə azanın QMİ-nin təyin etdiyi vaxtdan daha tez verilməsi ilə bağlı sualı cavablandırarkən belə halların mümkün olduğunu deyib: "Ərəblərin yaşadıqları bölgələrdə, eləcə də digər müsəlman ölkələrində də imsak vaxtı, sübh azanından bir neçə, bəzən 15 dəqiqə əvvəl azan verilməsi halları olur. Bu da insanları xəbərdar etmək məqsədi daşıyır. Yəni insanların qidalanmanı dayandırmaları üçün azan verilir. Bu səbəbdən bəzən bölgələrimizdə insanların imsak vaxtının bitdiyini bilmələri üçün azan verilir. Çünki hər kəsin əlində təqvim olmur və onlar məsciddə verilən azanla hərəkət edirlər. Ona görə də məsciddə olan din xadimlərimiz bəzən iki azan verirlər".

A.Yaqubov bildirib ki, insanlar imsakla sübh namazı azanının vaxtını dəqiqləşdirməlidirlər: "Onlar birinci verilən azanla qidalanmanı bitirməli, amma namazlarını sübh azanı ilə qılmalıdırlar". 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol