"Formula 1" zamanı rayonlardan gələn avtomobillərə məhdudiyyət qoyulacaq?

Bakıda keçiriləcək "Formula 1" Avropa Qran Prisi ilə bağlı rayonlardan paytaxta gələn nəqliyyat vasitələrinə hər hansı bir xüsusi məhdudiyyət qoyulmayacaq.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, rayonlardan gələn nəqliyyat vasitələri ilə bağlı hələ ötən ilin sentyabrından Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizlik komissiyasının müvafiq qərarı var: "Qərara əsasən, 5 tondan yuxarı olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan digər minik avtomobillərinin şəhərə girişinə günün müəyyən vaxtlarında məhdudiyyətlər tətbiq edilir".
K.Əliyev bildirib ki, "Formula 1" Avropa Qran Prisi zamanı da bu məhdudiyyətlər olduğu kimi qalacaq, hər hansı xüsusi məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























