• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: ANS cəriməni ödəməsə, banka müraciət ediləcək

MTRŞ: ANS cəriməni ödəməsə, banka müraciət ediləcək
10.06.2016 21:40
"ANS cərimələri könüllü ödəməsə, qərar məcburi şəkildə icra olunacaq”.
 
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə əsasən, İnzibati Cərimə İnzibati Tənbeh və tətbiqetmə haqqında vəzifəli şəxsin qərarı qanuni qüvvəyə mindikdən sonra 30 gündən gec olmayaraq ödənilməlidir: "Bu müddətdə ödənilməzsə, hüquqi şəxsin pul vəsaiti və gəlirlərindən tutulması üçün qərar banka göndərilir və 7 gün müddətində icra olunur. Könüllü ödəmə barədə məlumat daxil olmazsa, qərar icra üçün banka göndərilir. Bankda müəyyən vəsait mövcud olmazsa, qərar məcburi icraya yönəldiləcək. ANS bizə könüllü məlumat verməsə, onların bank hesabından cərimə məcburi qaydada tutulacaq”. 
 
Xatırladaq ki, "ANS ÇM” radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxılıb və işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərar qəbul edilib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol