• $
  • €
  • ₽
  • ₺
  • £

Repetitorların uğuru niyə məktəbin adına yazılır?

Repetitorların uğuru niyə məktəbin adına yazılır?
11.06.2016 13:50
Artıq uzun illərdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərdə oxumaq imkanı əldə edən abituriyentlərin uğuru məzun olduqları orta məktəb, yaxud liseylərlə bağlanır.
 
Nəzərə almaq lazımdır ki, şagirdlərin tələbə adını qazanmasında valideynlərinin vəsaiti hesabına onlara əlavə dərs keçən repetitorlar rol oynayır.
 
"Yüksək bal toplayan abituriyentlərin nəticələrinin repetitorların adına yazılması məktəbə hörmətsizlikdir”. 
 
Bu sözləri isə məsələ ilə bağlı Modern.az saytına açıqlamasında təhsil  eksperti  Etibar Əliyev deyib.
 
Onun sözlərinə görə, 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 ən yaxşı "ümumi təhsil müəssisəsi”nə 10 min manat, "Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə 100 müəllim 5 min  manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılır.
 
"Əslində müəllimlərə məktəbdəki fəaliyyətlərinə görə pul mükafatı verilir. "İlin ən yaxşı” repetitoru mükafatı isə yoxdur. Orta məktəb müəllimləri repetitor kimi də məktəbi təmsil etməli və məktəbin təbliğatı ilə məşğul olmalıdırlar. Məsələn ilin yaxşı ümumtəhsil müəssisəsi seçilmiş məktəb tədrisin keyfiyyəti barədə vətandaşları məlumatlandırmalıdır.
 
Yaxud  məktəb onda çalışan  ilin ən yaxşı müəllimlərinin sayını qabartmalıdır.  Dövlətin bu işlərə xərclədiyi vəsait başqa cür özünü necə doğrulda bilər?
 
Biz televiziyalardan tez-tez kursların və özəl məktəblərin reklamlarına rast gəlirik. Ancaq orta məktəbin uğurları haqqında məlumat məktəb divarlarından kənara çıxmır. Elə bu səbəbdən də valideynlərin çoxu mərkəzdə yerləşən məktəblərə üz tuturlar ki, bu da bəzi məktəblərdə şagird sıxlığının artmasına səbəb olur. Bir neçə məktəb istisna olmaqla məktəblərimizin böyük əksəriyyəti sanki bir-birinə bənzəyirlər".
 
Onun sözlərinə görə, müəllim məktəbdə özünü tanıtdırır, lakin yüksək bal toplayan abituriyentlərin adları çəkiləndə bunu məktəblə əlaqələndirmirlər.
 
"Məktəblər məzunlarının uğurlarını qabartmalıdır. Ancaq repetitorlar məktəbdən çox öz təbliğatları ilə məşğul olurlar. Və nəticədə məktəb kölgədə qalır".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol