• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın sərhəd rayonları baytarlıq nəzarətinə götürüldü

Azərbaycanın sərhəd rayonları baytarlıq nəzarətinə götürüldü
13.06.2016 11:22
Qonşu ölkələrdə yayılan dabaq xəstəliyi səbəbindən Azərbaycanın bütün sərhəd rayonları baytarlıq nəzarətinə götürülüb.
 
Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında bildirib ki, iyunun 1-dən başlayaraq ölkə ərazisində dabaq xəstəliyinə görə vaksinasiya tədbirlərinə başlanıb. O deyib ki, Azərbaycanın Lənkəran, Lerik, Qazax, Ağstafa və digər sərhəd bölgələrində baytarlıq nəzarəti tətbiq edilir:
 
"Son vaxtlar dünyanın bir sıra ölkələrində, o cümlədən ölkəmizlə həmsərhəd olan Türkiyə və İranda dabaq xəstəliyinin yeni "A Nepal 84" tipi aşkarlanıb. Azərbaycanda isə bu tip hələ qeydə alınmayıb. Azərbaycanın kənd təsərrüfatı nazirinin türkiyəli həmkarına müraciətindən sonra 500 min doza miqdarında peyvənd alınıb. Yardım kimi gətirilmiş peyvəndlər ilkin olaraq İran, Gürcüstan və Ermənistanla həmsərhəd rayonların sərhəd yaşayış məntəqələrində saxlanılan heyvanlara tətbiq olunur və tam nəzarət həyata keçirilir. Daxildə isə xəstəliyin A, O, Asiya-1 tiplərinə görə vaksin tətbiq edilir”.
 
Y. Xanvəli qeyd edib ki, hazırda Azərbaycanda dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir: "Bu sabitliyin qorunması və davamlı olması məqsədilə Dövlət Baytarlıq Xidməti tövsiyə edir ki, sahibkarlar iribuynuzlu heyvanlar arasında dabağın baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün iribuynuzlu heyvanlarını peyvəndləməyə cəlb etsinlər. Məlumat üçün bildirək ki, yanvarda Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı İranın bir sıra bölgələrində dabaq xəstəliyinin yeni növünün yayılması ilə bağlı məlumat yayıb. Buna görə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən qərara əsasən, hələ bu ilin yanvar ayından İranın Qum, Arat, Kaşan və digər bölgələrindən heyvanların və heyvandarlıq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. Qərar bu gün də qüvvəsində qalır. Dabağın A tipinin yeni növü hələ həmin vaxtlarda İranda yayılıb, onun Azərbaycandan İrana, oradan isə Dağıstana keçməsi ilə bağlı iddialar əsassızdır”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol