• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "Formula 1" ilə bağlı tikinti işləri başa çatır - Fotolar

Bakıda "Formula 1" ilə bağlı tikinti işləri başa çatır - Fotolar
13.06.2016 20:03
Bakıda "Formula 1" Avropa Qran Prisinin keçirilməsi ilə bağlı tikinti işləri artıq tamamlanmaq üzrədir.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında yarış obyektinin tikintisi işlərinə məsul olan Tom Buçer deyib.

Onun sözlərinə görə, yarışda iştirak edəcək heyətlər artıq formalaşıb.

T.Buçer qeyd edib ki, bu gün axşam saatlarından etibarən səkiqırağı tikinti işlərini başa çatdırmaq üçün trekin ərazisinə düşən yollar bağlanacaq, çünki 83 yerdə təhlükəsizlik baryerlərinin quraşdırılması tamamlanmalıdır.

T.Buçer bildirib ki, sabahdan etibarən yarışda iştirak edəcək avtomobillər "pitstop"a gətiriləcək: "Bəzi heyətlər artıq Bakıya gəlib, digərləri isə sabah gələcək və bununla da hazırlıq işləri tamamlanacaq".

O vurğulayıb ki, hazırlıq işləri nəzərdə tutulan qrafikə uyğun aparılır: "Bakıya gələn heyətlər də görülən işlərdən razıdırlar. Onlar deyirlər ki, yarış üçün gözlədiklərindən də yüksək səviyyəli şərait yaradılıb".

Hər kəsi bu yarışa dəstək verməyə çağıran T.Buçer qeyd edib ki, artıq Bakı dünyaya nəyə qadir olduğunu göstərməyə hazırdır: "Yarışı tribunalardan 30 minə qədər insan izləyəcək. Tamaşaçılardan 15 minə qədəri yarışı oturacaqları olan tribunalardan, 15 minə qədəri isə ayaqüstü tribunalardan izləyəcək".
 












www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol