Azərbaycanda bir neçə yeni sığorta şirkəti yaradıla bilər

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta fəaliyyəti üçün 8 yeni lisenziyanın verilməsi imkanlarını nəzərdən keçirir.
Bu barədə Trend-ə Palatadan bildiriblər.
Bundan başqa, hazırda Palata müxtəlif sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün icazə verilməsi məqsədilə 6 sorğunu nəzərdən keçirir.
Nəzarət Palatası sığorta agentlərinin fəaliyyətini həyata keçirən 1 hüquqi və 131 fiziki şəxsin lisenziyasını hesabatlılığın təqdim edilməməsi səbəbindən dayandırıb. Qüsurları aradan qaldırmayan daha 40 sığorta agentinin lisenziyası geri çağırılıb və bu səbəbdən onların fəaliyyəti üçün lisenziya dayandırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























