Təhsil naziri: "Mükəmməl təhsil indi əvvəlkindən daha çox lazımdır"

Təhsil naziri Mikayıl Cabbarov "Son zəng” tədbiri münasibəti ilə bütün məzunları təbrik edib.
ANN.Az-ın məlumatına görə, təbrikdə deyilir:
"Siz 11 il ərzində vacib həyat mərhələsi keçmisiniz. Sizin qarşınızda açılacaq çoxsaylı yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Həyatda inamlı addımlarınız təkcə sizin
uğur hekayəniz deyil, həm də istiqlalının 25 illiyini bu il qeyd edəcəyimiz Azərbaycanın inkişafına verəcəyiniz töhfə olacaq.
Siz zamanın heç vaxt bu qədər sürətli olmadığı bir dövrdə yaşayırsınız. Zamanın bu sürətini nəzərə almaqla, siz çevik qərarvermə, hədəflərini doğru seçmək vərdişlərinə sahib
olmalısınız. Bir də zamanın yeni sürəti ilə gələcək peşə fəaliyyətinizi əlaqələndirə bilməlisiniz. Nəzərə almalısınız ki, gələcəkdə indiyə qədər mövcud olmayan yeni ixtisaslar, peşələr
sizi gözləyir. Bu, sizin həm şansınız, həm də növbəti təhsil pilləsində vacib missiyanızdır. Zamanın çağırışı budur ki, mükəmməl təhsil indi əvvəlkindən daha çox lazımdır.
Əziz məzunlar!
Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bu güc sizin vətənimizin çiçəklənməsi naminə yeni enerji və motivasiya qaynağınızdır. Burada
əsas məsələ vətəndaş məsuliyyəti və mövqeyidir.
Hər birinizə yeni həyat pilləsində uğurlar arzulayıram!”
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























