• $
  • €
  • ₽
  • ₺
  • £

Zərərli dini ədəbiyyatın qarşısının alınması ilə bağlı görülən işlər açıqlandı

Zərərli dini ədəbiyyatın qarşısının alınması ilə bağlı görülən işlər açıqlandı
14.06.2016 15:27
"2015-ci ildə Azərbaycanda 52 dini icma dövlət qeydiyyatına alınıb. Onların 49-u İslam, 3-ü qeyri-islam dini təmayüllü dini icmadır". 

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Komitənin 2015-ci il üzrə illik hesabatında qeyd edib.

Komitə sədri vurğulayıb ki, qeydiyyata alınmış dini icmaların ümumi sayı 644-ə çatıb ki, onlardan da 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür: "Qeyri-islam dini icmalardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai, 1-i isə krişna şüuru dini icmasıdır".

M.Qurbanlı bildirib ki, ötən il 19-u qeyri-islam, 68-i isə İslam dini icması olmaqla 87 dini icmaya maliyyə vəsaiti ayrılıb.

Onun sözlərinə görə, dinşünaslıq ekspertizası sahəsində il ərzində hüquq-mühafizə orqanları ilə birgə respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışı ilə məşğul olan dini mağazalara baxışların keçirilməsi davam etdirilib, razılıq alınmadan ölkəyə gətirilən və ya ölkədə çap olunan zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınıb.

M.Qurbanlı vurğulayıb ki, ötən ildə ümumilikdə idxalla bağlı Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 1827 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 372 adda kitabın idxalının və yayılmasının qarşısı alınıb.

Komirə sədri əlavə edib ki, ölkədə nəşr olunması məqsədilə ekspertizaya təqdim edilmiş 187 adda dini ədəbiyyata baxılaraq, onlardan 5-nin çapı məqsədəuyğun sayılmayıb.

M.Qurbanlı xatırladıb ki, ötən il Dövlət Komitəsi bir ilkə imza ataraq respublikada ilk dəfə gözdən əlillər üçün Qurani-Kərimin Brayl əlifbası ilə Azərbaycan dilində tərcüməsini və çapını həyata keçirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol