• $
  • €
  • ₽
  • ₺
  • £

Fikrət Məmmədov: "Amnistiya aktının icrasına sabah başlanılacaq"

Fikrət Məmmədov: "Amnistiya aktının icrasına sabah başlanılacaq"
14.06.2016 19:56
Sabah Azərbaycanda növbəti amnistiya aktının icrasına başlanılacaq.
 
"Report"un Cənub bürosu xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Masallıda yeni məhkəmə binasının təməlqoyma mərasimində deyib.

Nazir bildirib ki, amnistiya aktı ümumilikdə 10 min nəfərə şamil ediləcək və 3500 nəfər azadlığa buraxılacaq: "Azərbaycanda ədliyyə sistemində aparılan islahatların ölkəmizdəki sabitliyin və inkişafın təzahürüdür. Azərbycanda sabah növbəti amnistiya haqqında sərəncamın icrası həyata keçiriləcək".

F.Məmmədov vurğulayıb ki, müasir memarlıq üslubu ilə tikiləcək və milli kolariti özündə birləşdirəcək bina iki mərtəbə və zirzəmidən ibarət olacaq: "Ədliyyə Nazirliyinin "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi Azərbaycan Hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirilməsi əsasında Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Ümumi sahəsi 3700 kvadratemetr olmaqla, binada 4 məhkəmə zalı olacaq. Bunlardan ikisində cinayət işləri, digər ikisində isə mülki işlərə baxılacaq. Binada 60 nəfər işçi çalışacaq ki, onların keyfiyyətli xidmət aparmalarıı üçün hər bir şərait yaradılacaq".

Nazir qeyd edib ki, yeni məhkəmə binasının müasir informasiya, kommunikasiya qurğuları ilə təmin olunması təşkil ediləcək: "Bu da gələcəkdə "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinə şərait yaradacaq. Nazirliyin Dünya Bankı ilə 10 il müddətində əməkdaşlığı nəticəsində ölkədə 11 məhkəmə binası tikilərək istifadəyə verilib, daha 10 məhkəmə binasında tikinti işləri davam etdirilir".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol