• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan gilasları sərhəddən buraxılmadı

Azərbaycan gilasları sərhəddən buraxılmadı
16.06.2016 20:49
"Rosselxoznadzor” saxlanılan Azərbaycan məhsullarının zəhərli olduğunu iddia edir.

"Rosselxoznadzor” Federal Xidməti Azərbaycandan Rusiyaya keçən gilasları buraxmayıb.

ANS PRESS-in məlumatına görə, qurum iddia edir ki, saxlanılan məhsullar zəhərlidir.

Federal Xidmətin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycandan Rusiya Federasiyasına daxil olan Dağıstan Respublikasına 45 kiloqram gilas keçməli imiş. Lakin "Yaraq-Kazmalyar" buraxılış məntəqəsində gilaslarda qurd aşkar edildiyindən, onlar Rusiyaya buraxılmayıb. 

"Rosselxoznadzor”un Dağıstan bölməsinin məlumatında deyilir ki, meyvəni ölkəyə gətirən sahibkar Rusiya Federasiyasının cinayət məcəlləsinin "Karantin məhsulların siyahısında idxal və ixrac qaydalarını pozması" maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub. 

Bundan əvvəl də bu ilin martında "Rosselxoznadzor” Ermənistandan və Azərbaycandan gələn meyvə-tərəvəzlərin artmasına görə narahat idi. Adıçəkilən idarə Rusiyada Azərbaycan səfirliyinin ticarət məsələləri üzrə məsləhətçisi Şövqi Mehdizadə və Ermənistanın ticarət üzrə nümayəndəsi Karen Asoyanla telekonfrans keçirib.

Şövqi Mehdizadə bildirib ki, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının artmış həcmi Rusiya bazarında əvvəllər həmin yeri tutmuş Türkiyə məhsullarının yerinə Azərbaycandan əlavə məhsulların cəlb olunması ilə bağlıdır. Ticarət məsələləri üzrə məsləhətçi həmçinin qeyd edib ki, onlar yoxlamalar üçün "Rosselxoznadzor" nümayəndə heyətini qəbul etməyə hazırdırlar. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol