• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə

Azərbaycanda ilk dəfə
17.06.2016 10:57
Azərbaycanın Vergilər Nazirliyi ölkə ərazisində ilk dəfə "Tax Free” vergi sisteminin tətbiqinə başlayıb.

Oxu.Az xəbər verir ki, yeni sistemin tətbiqindən sonra ölkəmizə səfər etmiş xarici vətəndaşların Azərbaycandan aldıqları istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisi (ƏDV) geri qaytarılacaq.

Beləliklə, TAX FREE stikerləri olan ticarət obyektindən alış-veriş edən əcnəbilər ödədikləri ƏDV məbləğini ölkəni tərk etdikləri zaman hava limanında geri ala biləcəklər.

Azərbaycan vətəndaşları, ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər, yaşı 14-dən aşağı olan şəxslər "Tax Free”dən istifadə edə bilməzlər.

Bundan başqa, aksizli mallar, ərzaq malları, dərman preparatları və tibbi ləvazimatlar,  ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara "Tax Free” tətbiq olunmur.

"Tax Free” imkanından istifadə etmək üçün həmin şəxsin elektron vergi hesab-fakturası üzrə aldığı malın dəyəri ƏDV ilə birlikdə 300 manatdan az olmamalıdır.

Qeyd edək ki, bu gün Azərbaycanda ƏDV 18% təşkil edir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol