• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikalı tələbələr ADU-da Azərbaycan dilini öyrənirlər - FOTO

Amerikalı tələbələr ADU-da Azərbaycan dilini öyrənirlər - FOTO
17.06.2016 18:52
Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə Azərbaycan dilini öyrənmək məqsədi ilə ölkəmizə gəlmiş amerikalı tələbələr üçün yay məktəbi fəaliyyət göstərir. 

Yay məktəbinin tələbələri ilə görüşən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov onları Dillər Universitetində görməkdən məmnun olduğunu bildirdi. Öncə universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi və maddi-texniki bazası haqqında məlumat verən professor ADU-da 7000-ə yaxın tələbənin təhsil aldığını dedi.

Dünyamin Yunusov tələbələrə 8 həftə ərzində Azərbaycan dilini öyrənməklə yanaşı ölkəmizin tarixi, coğrafiyası, iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti, musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib olacaqlarını vurğuladı. Öz ölkələrinə qayıtdıqları zaman yaxınlarına və dostlarına Azərbaycan haqqında, onun milli mənəvi dəyərləri, qədim və zəngin tarixi haqqında məlumat verəcəklərinə əminliyini ifadə etdi. Professor bildirdi ki, Azərbaycan Dillər Universiteti  yeganə ali məktəb olaraq ABŞ-ın Dövlət Departamenti ilə əməkdaşlıqda bu layihəni həyata keçirir. O, bu proqramın Azərbaycanı tanıtmaq və təbliği istiqamətlərində mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor  Jalə Qəribova, ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev və universitetin əməkdaşları iştirak edirdi. 

Sonra "Yay məktəbi” proqramı üzrə koordinator Ramiqə Şirəliyeva "Azərbaycan və Azərbaycan mədəniyyəti” mövzusunda danışdı.
Daha sonra  Rachel Simon "Amerikalının Bakıda həyatı” adlı təqdimatla çıxış etdi.

İyunun 9-dan avqustun 8-nə kimi davam edəcək "Yay məktəbi” intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrdə bilən tələbələr qatılıb. Proqrama əsasən Azərbaycan dilini, mədəniyyətini, rəqsini və mətbəxini öyrənməklə yanaşı amerikalı tələbələrin şəhərin görməli yerlərini, həmçinin muzeyləri, teatrları, "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, maddi mədəniyyət abidələrini və dini yerləri ziyarət etmələri də nəzərdə tutulur. 
 






www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol