Yaqub Mahmudovun kitabı Almaniyada da nəşr olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun "Real tarix və "Böyük Ermənistan”
uydurması” kitabı Almaniyada rus dilində çap olunub. Kitab 2016-cı ildə
Almaniyanın Saarbrüken şəhərində fəaliyyət göstərən "Palmarium Academic
Publishing” adlı nəşriyyat evi tərəfindən nəşr edilib.
Azərbaycan Prezidentinin tövsiyəsi ilə çap olunan
kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, tərcüməçisi
tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə, dizayner ve texniki redaktoru isə
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik
Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigayılılarla
qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir.
Sübut edilir ki, müasir ermənilər (haylar) "Armeniya”, "armyane”, "erməni”
adlarına Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxmışlar. Tarixdə heç
zaman "Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. "Böyük Ermənistan”
anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə
erməni saxtakarları tərəfindən sonradan uydurulub.
Əsərin birinci bölməsi "Ermənilər Kiçik Asiyaya
Balkan yarımadasından köçüb gəlmişlər” adlanır və bu bölmə ermənilərin qədim
Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma "Erməni
yaylası” coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır
ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha
bir uydurma termin – "Erməni yaylası” ("Armyanskoye naqorye”) coğrafi
anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt "Böyük Ermənistan”
adlı dövlətin olmadığının isbatına həsr edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























