• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dilçiliyi tarixində ilk

Azərbaycan dilçiliyi tarixində ilk
18.06.2016 16:51
Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq, Azərbaycan dilçisinin kitabı Avropada çap olunub.

AMEA Dilçilik İnstitutundan Trend-ə verilən məlumata görə, Londondakı "Cambridge İnternatilonal Pres” nəşriyyatında filologiya üzrə elmlər doktoru, Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin "Phonetics and phonlogy problems” ("Fonetika və fonologiya problemləri”) kitabı işıq üzü görüb.

258 səhifəlik kitabın giriş sözünü ingilis mütəxəssis Devid Perri yazıb. Kitabda həmçinin "Müəllifdən” başlıqlı yazı da yer alıb.

Əsərdə dilin yaranması, ilkin qaynaqları, işlənməsi haqqında, eləcə də Azərbaycan dilinin fonetik strukturu və fonologiyası ilə bağlı bilgi verilib. Kitabda dilimizin fonetika və fonologiyasının nəzəri məsələri müzakirə olunur, dilçiliyimizin obyekti və vəzifələri şərh edilir. Eləcə də burada fonetik vahidlər, yazı ilə şifahi nitq arasındakı ilişgilər, fonetikanın başqa elmlərlə əlaqəsi araşdırılır.

Adıçəkilən kitabda danışığın kommunativ özəllikləri də diqət mərkəzinə gətirilir. Azərbaycan dilinin fonetik quruluşunun və fonoloji sisteminin eksperimental yolla araşdırılması da nəzərdən keçirilir.

Qeyd edək ki, bu, Azərbaycan dilçiliyi tarixində ilk kitabdır ki, Avropada çap olunur. Kitabı ingiliscəyə ADU-nun dosenti Vahid Əkbərov tərcümə edib. Kitabın xaricdə birinci nəşri 2008-ci ildə Türkiyədə işıq üzü görüb. Sözügedən kitabın payızda Bakıda nəşriyyat tərəfindən təqdimatı keçiriləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol