• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA həmməruzəçisi: “Ağdaşda səsvermə prosesi normal gedir”

AŞPA həmməruzəçisi: “Ağdaşda səsvermə prosesi normal gedir”
18.06.2016 14:49
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkiləri yerli və beynəlxalq müşahidəçilər izləyir.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Avropa Şurası Parlament Assamblesyasının (AŞPA) 4 müşahidəçisi - AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak, belçikalı senator, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi və AŞPA Katibliyinin əməkdaşı Boqdan Torkatoriu hazırda seçki məntəqələrində səsvermə prosesini müşahidə edirlər.
 
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ilkin təəssüratlarını bölüşüb: "Mən indiyədək 6 seçki məntəqəsində olmuşam. Seçkilərin şəffaf və demokratik keçməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. Seçicilər sərbəst seçimlərini edirlər. Səsverməni xeyli sayda yerli müşahidəçi də izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır. Müşahidələr zamanı gördüm ki, bəzi vətəndaşlar 90 saylı Ağdaş seçki dairəsi üzrə ötən ilin noyabrında keçirilən seçkilərin nə üçün ləğv olunması və təkrar seçkilərdə nəyə görə iştirak etdiklərini bilmirlər. Bəzi yerli müşahidəçilər də seçkilərdə nəyə diqqət yetirməli olduqlarını bilmirlər. Biz bəzi seçicilərin deputatlığa namizədlər barədə kifayət qədər məlumatlı olmadığını müşahidə etdik”. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol