• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ən təhlükəli sahəsi bu rayondadır

Azərbaycanın ən təhlükəli sahəsi bu rayondadır
20.06.2016 11:13
"Hazırda Azərbaycanda ən təhlükəli sürüşmə sahəsi İsmayıllı rayonundakı Basqal-Sulut avtomobil yolundadır. Hazırda bu yolda sürüşmə çox aktiv fazada olduğundan sürüşmə kütləsinin özünə müdaxilə etmək müəyyən qədər qorxuludur. Əgər bu yolda sürüşmə kütləsinə müdaxilə olarsa, bir daha sürüşmə olacaq”.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.

Onun sözlərinə görə, son zamanlar yağışların intensivləşməsi ilə əlaqədar olaraq, Basqal-Sulut yolunun 10-cu kilometrliyində yaranan yeni sürüşmə ocağı Sərsurə kəndinin girişindən başlayır: "Bu sürüşmə müəyyən qədər kəndə yaxınlaşaraq 7 evə ziyan vurub və orada yaşayanlar ərazidən köçürülüb. Sulut, Kələzeyvə, Sərsurə kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib. Bu kəndlərə gediş-gəlişi bərpa etmək üçün Basqal-Sulut yoluna alternativ yolun çəkilməsi qərarına gəlinib. Əgər həmin yol istifadə edilərsə, orada yenidən sürüşmə-uçqun hadisəsi təkrarlana bilər”.

Ə.Piriyev qeyd edib ki, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyindəki yeni sürüşmə ocağının uzunluğu 750-800 metr, eni isə 350-400 metrdir. Xüsusiyyətlərinə görə iki bloka ayrılan sürüşmə ərazisindəki hər blokun üzərində uzunluğu 20-75 metr, eni isə 12-140 sm olan çatlar var.
Nazirlik rəsmisi qeyd edib ki, ümumilikdə yolun 750-800 metrlik hissəsinin 350-400 metrlik hissəsi sürüşmə nəticəsində tam qəzalı vəziyyətdədir.

Ə.Piriyev əlavə edib ki, Quba-Xınalıq avtomobil yolunun 37-47-ci km-də nisbi aktivləşmə qeydə alınıb və uçqun-töküntü prosesi baş verib. Bakı-Şamaxı yolunun 106-111-ci km-də, Bakı-Ağsu avtomobil yolunun 132-156-cı km-də olan sürüşmə sahələrində müəyyən qədər aktivləşmə müşahidə edilib, sürüşmə bloklarında çatların genişlənməsi qeydə alınıb. Masazır sürüşmə sahəsində mövcud çatların enində 2,5-3,2 sm genişlənmə qeydə alınıb. Sürüşmə kütləsinin dinamikasında aktivləşmənin olduğu nəzərə çarpır. Digər sürüşmə ərazilərində isə stabillik müşahidə olunur.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol