• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə 2,5 milyard dollar xərcləyib”

“Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə 2,5 milyard dollar xərcləyib”
20.06.2016 13:57
Bakıda 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə Azərbaycanda olan qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərə son 20 ildə Azərbaycan dövlətinin, donor ölkə və beynəlxalq humanitar təşkilatların qayğısına həsr olunmuş film nümayiş etdirilib. 
 
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Heydər Əliyev və prezident İlham Əliyev son 24 ildə qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlib: "Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün 2,5 milyard dollar sərf edilib. Beynəlxalq təşkilatlar, xarici dövlətlər isə bu məqsədlə Azərbaycana 1,4 milyard dollar vəsait ayırıb”.
 
Ə. Həsənov bir həftə sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdsonun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk edəcəyini söyləyib: "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsinə fəaliyyətində uğurlar arzulayıram. Son illər qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artıb. Ona görə də bu problemi yaradanlara qarşı səylərimizi birləşdirməliyik”. 
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi D. Siqurdson isə deyib ki, problemlərin həlli həmrəylik, ksenofobiyaya qarşı mübarizə və problemin həllinə töhfə verməklə mümkündür: "KİV-lər siyasi qalmaqalları, insan faciələrini işıqlandırır, ancaq qaçqınların problemi sahəsində könüllü fəaliyyəti yetərincə işıqlandırmır”.
 
D. Siqurdson digər ölkələrin Azərbaycanın təcrübəsindən yararlana biləcəyini qeyd edib: "Azərbaycan təkbaşına bu problemlərin öhdəsindən gəlir. Yeri gəlmişkən, çeçenlər, əfqanlar Azərbaycana gələn əsas qaçqın qruplarıdır. Onlar 20 ildir ki, Azərbaycanda yaşayırlar və artıq cəmiyyətə inteqrasiya olunublar. Biz hər bir qaçqın uşağının təhsilə çıxışının, hər bir qaçqın ailəsinin qazancının olmasına çalışırıq. Mən Azərbaycanda xalqınızın gözəl adət-ənənələrini öyrəndim”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol