• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbli formasının qiyməti qalxdı

Məktəbli formasının qiyməti qalxdı
20.06.2016 14:08
"Bakı Tikiş Evi”nin (BTE) tikdiyi məktəbli formasının qiyməti 8,5% bahalaşıb.

ANN.Az Movqe.az-a istinadən xəbər verir ki, bu məlumatı BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov verib.

E.Əzimov bildirib ki, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 44 ölçüyədək 34 manat idi: 

"İndi aşağı siniflərə məktəbli forması üçün yeni qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-dən 54 ölçüyədək qiymət 43 manat idi. 

İndi 32-54 ölçüyədək qiymət 46 manatadək artıb. Qeyd edim ki, bu qiymətə məktəbli forması dəstinə pencək-şalvar və ya pencək-ətək daxildir. Köynəklərin qiyməti isə ölçüdən asılı olmayaraq 7 manata, jiletlər isə 6 manata satılacaq”.

E.Əzimov məktəbli formalarının ilboyu satışda olduğunu söylədi. Onun sözlərinə görə, məktəbli formasının BTE-nin paytaxtda, eləcə də Abşeron rayonunda, Xırdalanda, Saray və Mehdiabad qəsəbəsində, Sumqayıtdakı mağazalarda yeni qiymətlərlə satışına başlanıldığını söyləyib. 

E.Əzimov bildirdi ki, məktəbli formasının satışında qiymət artımına yol verilərsə, alıcılar BTE-nin 597-45-39 nömrəli "qaynar xətt”inə zəng edərək məlumat verə bilərlər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol