• $
  • €
  • ₽
  • ₺
  • £

Kreditlə oxumaq istəyənlərə yeni təkliflər

Kreditlə oxumaq istəyənlərə yeni təkliflər
20.06.2016 17:01
"Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Kredit Fondu tərəfindən tələbələrə təhsillərini davam etdirə bilmələri üçün iki növ - standart paketlə və güzəştli şəkildə kreditin verilməsi təklif olunur”.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu fondun icraçı direktoru Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır.

R.Mahmud bildirib ki, güzəştli kredit ala biləcək tələbələrin meyarları müəyyənləşdirilib. Bunlar ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir:

"Güzəştli kreditlərin daha uzunmüddətli və daha aşağı faiz dərəcəsi ilə verilməsi təklif olunur. İllik kreditin miqdarı 4 min manata qədərdir. Ümumilikdə, 4 il ərzində hər bir tələbə 20 min manata qədər kredit əldə edə bilər”.

R.Mahmud qeyd edib ki, fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. 

Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən, artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir.

Xatırladaq ki, fond dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis edilib. 

Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan tələbələr müraciət edə bilər. 

Fond 10 ali məktəb tərəfindən təsis edilməklə yanaşı, həmin universitetlərin sərmayəsi ilə maliyyəşəcək.

Kreditlər illik 8%-lə hesablanacaq. Fond tələbəyə 10 illik kredit verəcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol