Qaz verilişində məhdudiyyət olacaq

Bu gün Ağdaş və Zaqatala rayonlarında, həmçinin Bakı şəhəri Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, məhdudiyyət aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlıdır.
Həmçinin, yeni çəkilmiş diametri 76 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə bu gün saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş və Zaqatala rayonlarının, eləcədə Bakı şəhərinin Xəzər rayonunun Qala və Şüvəlan qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























