• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuzda sakinlər yolu bağladı

Tovuzda sakinlər yolu bağladı
22.06.2016 16:45
Tovuzda sakinlər mərkəzi yolu bağlayıblar. 

ANN.Az Report-a istinadən xəbər verir ki, sakinlərin etiraz aksiyasına qalxmasına səbəb kimi Tovuzun əsas küçələrinə 15 gündür içməli suyun verilməməsi göstərilir.

Sakinlərin aksiyası nəticəsində şəhərin mərkəzi prospektində avtomobillərin hərəkəti çətinləşib, tıxac yaranıb.

Etiraz edən sakinlərin deməsinə görə, rayonun Nəsimi, M.Rəsulzadə, Y.Sadıqov küçələrinə 15 gündür içməli su verilmir.

Aksiya keçirilən əraziyə Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının gətirildiyi bildirilir. Polis əməkdaşlarının müdaxiləsindən sonra mərkəzi prospektdə hərəkətin bərpa edildiyi deyilir.

Tovuz Su-Kanal İdarəsinin rəisi Azər Süleymanov sayta sakinlərin su təchizatındakı problemin səbəblərindən danışıb:

"Son günlər havanın yağmurlu olması nəticəsində Zəyəm çayında sululuq artıb. Buna görə də, şəhərə su verilməsində çətinlik yaranıb. Sakinlərin içməli suya olan tələbatını ödəmək üçün bu gün həmin küçələrə maşınlarla içməli su gətirilib”.

İdarə rəisi əhaliyə içməli suyun verilməsində yaranan problemin iki gün ərzində həll olunacağını bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol