• $
  • €
  • ₽
  • ₺
  • £

Abid Şərifov: "Sovetski"də tarixi hesab olunan 23 bina söküləcək"

Abid Şərifov: "Sovetski"də tarixi hesab olunan 23 bina söküləcək"
23.06.2016 16:58
 ""Sovetski" adlanan ərazidə sökülməsi nəzərdə tutulmuş 3745 evdən yalnız 215 ev sökülməmiş qalıb. Sökülən evlərin sakinləri isə köçürülüb".
 
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.
 
O bildirib ki, "Sovetski" sakinlərinin hansı şəraitdə yaşadığı heç kəsə sirr deyil.
 
"Orada bəzi evlərin sahəsi 8-15 kvadratmetr olub. O da heç kəsə sirr deyil ki, hər kvadratmetrə görə "Sovetski" sakinlərinə 1500 manat ödənilirdi. Bəzi sakinlərin yaşayış sahəsini nəzərə alsaq, onlar nəinki özünə ev ala, hətta kirayə də qala bilməzdi. Buna görə, bu məsələ məruzə olundu, ölkə başçısı bu məsələnin həll olunması üçün müvafiq göstərişlər verdi. Biz iki köhnə yataqxananı rekonstruksiya edərək 200-ə yaxın ailəni orada yerləşdirdik", - deyə A. Şərifov bildirib.
 
Tarixi binaların sökülməsinə münasibət bildirən baş nazirin müavini bunları deyib: "Bəzi tarixi binalar var ki, fasadında cəmi 3-4 dənə ağ daş qalıb. Prezidentimiz tarixi binalara münasibətini Fizuli küçəsindəki binanı sürüşdürmək barədə qərar verərkən göstərib.Sürüşdürmə xərcləri həmin evin dəyərindən dəfələrlə artıq olub.
 
"Sovetski"də cəmi 23 tarixi bina var. Onlar da guya tarixidir. Biz mütəxəssislərlə qərara gəldik ki, o binalar söküləcək, onların yerləşdiyi küçələr genişlənəcək".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol