• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyanın Milli Elmi Şurası ilə AMEA arasında əməkdaşlıq Sazişi imzalanıb

İtaliyanın Milli Elmi Şurası ilə AMEA arasında əməkdaşlıq Sazişi imzalanıb
24.06.2016 16:09
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri davam edir.

İyunun 23-də İtaliyanın Milli Elmi Şurasının (CNR) rəhbəri və İdarə Heyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, Ukrayna Elmi Texnoloji Mərkəzinin Azərbaycanda təmsilçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev, Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə, səfirliyin birinci katibi Erkin Heydərli, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliyada təmsilçisi Sandro Teti, CNR-in prezidenti, professor Massimo İnquskio, CNR-ın Yer Elmləri Departamentinin direktoru, professor Enriko Boldrini, Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, xanım Virjiniya Koda Nunziante və İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti, xanım Manuela Traldi iştirak ediblər.

Əsas məqsəd CNR ilə AMEA arasında mövcud olan elmi əməkdaşlıq Sazişinin yenilənməsi, 2011-ci ildən indiyədək iki qurumun birgə elmi layihələrinin nəticələrinin müzakirəsi idi. Müzakirələr zamanı, İtaliyanın elmi müəssisələri ilə AMEA-nın institut və təşkilatları arasında mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Akademik Akif Əlizadə müasir çağırışları özündə əks etdirən, AMEA-nın elmi prioritet istiqamətləri üzrə (kök hüceyrələr "stem cells”, InSAR peyk texnologiyasının Azərbaycanın Yer elminə geniş tətbiqi və s.) layihələrin genişləndirilməsinin zəruriliyini qeyd edib, AMEA-nın Yer Elmləri Bölməsinə müvafiq tapşırıqlarını verib.

Elmi əməkdaşlıq Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və CNR-in prezidenti, professor Massimo İnquskio, Əməkdaşlıq proqramı isə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, xanım Virjiniya Koda Nunziante arasında imzalanıb.

Sonda hər iki qurumdan olan nümayəndələr bir-birinə hədiyyələr təqdim edərək, xatirə şəkilləri çəkdiriblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol