• $
  • €
  • ₽
  • ₺
  • £

Xəstənin sağlam ayağının kəsilməsi faktı ilə bağlı xüsusi komissiya yaradıldı

Xəstənin sağlam ayağının kəsilməsi faktı ilə bağlı xüsusi komissiya yaradıldı
24.06.2016 16:02
 Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkimin şəkərli diabet xəstəsinin qanqrena olan sol ayağının yerinə sağlam ayağının kəsilməsi faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb.

Bunu "Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

"Məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır”, - o bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, həm Səhiyyə Nazirliyi Tibbi Ekspertizanın, həm də hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırmaların nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

Xatırladaq ki, Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan sonra məlum olub ki, 82 yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol