“ASAN xidmət” mərkəzləri 1 gün işləməyəcək

Vətəndaşlar iyunun 27-dən etibarən "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər
"ASAN xidmət” mərkəzlərində 1 gün iş olmayacaq.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report”a verilən məlumata görə, 26 iyun - Silahlı Qüvvələr günü ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində iyunun 26-ı qeyri-iş günü olacaq.
Vətəndaşlar iyunun 27-dən etibarən "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























