• $
  • €
  • ₽
  • ₺
  • £

“Yanlış amputasiya olunan xəstənin sol ayağı da kəsiləcək”

“Yanlış amputasiya olunan xəstənin sol ayağı da kəsiləcək”
25.06.2016 17:47
"Ayağı yanlış amputasiya olunan xəstə sabah yenidən əməliyyat olunacaq".
 
Bu barədə APA-ya Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib. O qeyd edib ki, bu gün Angioloji və Mikrocərrahiyyə Mərkəzin tibbi ekspertləri və ekspertiza komissiyasının nümayəndələrinin iştirakı ilə iclas keçirilib və xəstənin sol ayağının da kəsilməsinə qərar verilib: "Xəstənin yaxınları da buna razılıq verdi və sabah xəstə yenidən əməliyyat olunacaq”.
 
Azər Şəmsəddinski həmçinin qeyd edib ki, xəstəni özü əməliyyat edəcək.
 
Qeyd edək ki, şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o dünən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkim-cərrah Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin cərrah 87 yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsib.
 
T. Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol