• $
  • €
  • ₽
  • ₺
  • £

Aycigit Buranov: “Qırğızıstan və Azərbaycanın böyük potensialı var”

Aycigit Buranov: “Qırğızıstan və Azərbaycanın böyük potensialı var”
28.06.2016 17:16
Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Aycigit Buranov Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə və informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub. 

Səfir "Caspian Energy” jurnalının yetərincə həcmli, mötəbər və məzmunlu nəşr olduğunu vurğulayıb. "Neft-qaz sektorunun inkişafı, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevə ABŞ və Böyük Britaniya rəhbərlərinin təbriklərinin ünvanlandığı Caspian Oil & Gas sərgi-konfransı "Caspian Energy”də geniş fornatda təqdim olunub. Bütün bunlar Azərbaycana, onun nailiyyətlərinə, beynəlxalq bazardakı əhəmiyyətinə olan böyük hörmətin göstəricisidir”, - deyə səfir qeyd edib. 

Səfir Caspian European Club-la (Caspian Business Club) Qırğızıstan səfiriliyi, o cümlədən Qırğızıstan şirkətləri arasındakı əməkdaşlığın gələcəkdə davam etdirilməsində maraqlı olduğunu ifadə edib.

"Formula-1 üzrə Avropa Qran-prisinin uğurla başa çatması bizi çox sevindirdi. Bu, ölkənizin dünyada kifayət qədər tanındığının növbəti göstəricisi idi.
 
Postsovet məkanında bu cür yarışları təşkil edən çox az dövlət var. Bundan əlavə, həmin yarış paytaxtın müasir gerçəkliyi ilə keçmişi arasındakı ahəngi dünyaya nümayiş etdirmək üçün əla fürsət idi. Bu harmoniyanı 500 milyon tamaşaçı böyük maraqla seyr etdi. Yarışlar zamanı Azərbaycana böyük turist axını müşahidə olundu. Qardaş xalqın bu uğuru bizi çox sevindirir”, - deyə A.Buranov söyləyib.  

Onun sözlərinə görə, Qırğızıstan Azərbaycanda Ticarət Evi açmağı planlaşdırır. "Qırğızıstan və Azərbaycanın böyük potensialı olsa da, ticarət əlaqələri hələ lazımi səviyyədə deyil. Biz Azərbaycan və Qırğızıstan biznesinə ticari və iqtisadi əlaqələri inkişaf etdirmək maraqlı olsun deyə danışıqlar aparırıq”, - deyə o vurğulayıb.

Azərbaycanla turizm və mədəniyyət sahələrində gözəl əməkdaşlıq qurulub. "Türkdilli dövlətlərin mədəni irsi fondu yaradılıb, parlamentlərarası əməkdaşlıq nizama salınıb, Azərbaycan, Qazaxıstan, Türkiyə və  Qırğızıstanın dövlət başçılarının təşəbbüsü ilə həmin ölkələrin daxil olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  yaradılıb və uğurla fəaliyyət göstərir”, - deyə o qeyd edib. 

Səfir  etibarlı və isti münasibətlərə, Qırğızıstanla əməkdaşlığa görə Azərbaycanın siyasi rəhbərliyinə, ilk növbədə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. 

"Biz öz tərəfimizdən əməkdaşlığa hər zaman hazırıq”, - A.Buranov vurğulayıb.

Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələri, iqtisadi və investisiya əməkdaşlığını genişləndirmək imkanlarından bəhs edib, enerji bazarının, həmçinin turizm sektoru və enerji əməkdaşlığının inkişaf perspektivlərinə toxunub. 
 






www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol