Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

İstanbulun Atatürk Hava Limanında baş vermiş terror hücumları ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
Səfirlikdən "Report"a verilən məlumata görə, kitab bu gün səhərdən günorta 12:00-a qədər və 14:00-dan 18:00-a qədər açıq olacaq.
Xatırladaq ki, iyunun 28-də üç terrorçu İstanbulun Atatürk Hava Limanında terror aktı törədib. Üç partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb. Terror aktına görə, Türkiyədə bir günlük matəm elan olunub. Ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endirilib.
Qeyd edək ki, hadisə ilə əlaqədar dünya liderləri Türkiyəyə başsağlığı verərək terrora qarşı olduqlarını bəyan ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























