Hüseynqulu Bağırov: “Azərbaycanda meşə örtüyü artır"

"Azərbaycanda meşə örtüyü artmağa başlayıb".
"Report”un xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu sahədə nadir ölkələrdəndir və post-sovet ölkələri arasında birincidir: "Azərbaycan bu sahədə Gürcüstandan da xeyli irəlidədir. Meşə örtüyü çox az ölkələrdə təbiidir. Bir çox ölkələrdə meşələşmə hətta azalma ilə davam edir”.
Nazir deyib ki, Azərbaycanda mühafizə olunan ərazi 1 milyon hektarı keçib: "Bu, ölkəmiz üçün nailiyyətdir. Meşələr kifayət qədər yaxşı mühafizə olunurlar”.
H.Bağırov qeyd edib ki, insanlar təbiəti qorumaqda maraqlı olmalıdırlar: "Bu gün bir hektarda 47 qoyunun otarıldığı rayonlar var. Buna torpaq dözərmi?! Əslində, bir hektarda 2-3 qoyun saxlanıla bilər. Bu, sovet dövründə də belə idi”.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda su ehtiyatı nisbətən az olduğundan qənaətlə istifadə olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























