• $
  • €
  • ₽
  • ₺
  • £

Alimləri heyrətə gətirən azərbaycanlı gənc - VİDEO

Alimləri heyrətə gətirən azərbaycanlı gənc - VİDEO
30.06.2016 23:15
Tural Xuduyev Avropanın ən önəmli 50 təqdiqatçısından biridir

Azərbaycanlı gənc Tural Xuduyev Avropanın ən önəmli 50 təqdiqatçısından biridir.

Elmi karyerasını hazırda Birləşmiş Ştatların Massaçusets Texnologiya İnstitutunda davam etdirən Tural Türkiyənin Hacettepe Universitetinin Atom enerjisi mühəndisliyi fakültəsini fərqlənmə ilə bitirib.

İlk ixtirası kilometr uzunluğunda nanostrukturları çox asan bir metodla əldə etmək olub. Turalın ikinci ixtirası qara rəngli bir maddəni istənilən fərqli rəngə çevirməklə bağlı idi. Bunun nəticəsi həm prestijli Amerika jurnalında dərc olundu, həm də həmin ölkədə əhəmiyyətli konfransda alimlərə məruzə edilib.

Hətta tədqiqatçının ixtiralarından biri kor olmuş insanların yenidən görməsini təmin edəcək gücdədir.

Müsahibimiz deyir ki, hazırda Massaçusetes Universitetində AFFOA adlı yarım milyard dollar dəyərində dünya əhəmiyyətli layihə üzərində işləyirlər. Bu layihənin reallaşması nəticəsində rəngini, istiliyini sahibinin arzusuna uyğun dəyişən paltarlar istehsal oluna bilər.

Turalın əsas arzusu isə öz tədqiqat qrupunu qurmaqdır. Gənc  alim dünyada ən son texnologiya hesab olunan nanotexnologiyanın inkişafına imkan verən yeniliklər  gətirmək  istəyir.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol