“Baku Steel Company”də partlayış baş verdi, beş nəfər yaralandı

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.
"Report”un xəbərinə görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.
Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























