“Maşın bazarı”nda baş verən yanğın zamanı beş nəfər zəhərlənib

Bakı şəhərində yerləşən "Maşın bazarı”nda baş verən yanğın zamanı beş nəfər zəhərlənib.
"Report”un xəbərinə görə, zəhərlənənlər Bakı şəhər sakinləri Əlzamin Rustəmov, Əhməd Xəlilov, Seymur Novruzov, Azər Xəlilov və Rafael Novruzovdur.
Onlar tüstü zəhərlənməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya mərkəzində yardım aldıqdan sonra evə buraxılıblar.
Xatırladaq ki, iyunun 30-da "Maşın bazarı”nda baş verən yanğın nəticəsində bir neçə mağaza yanıb.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























