Azərbaycan məktəbliləri Rumıniyada yüksək nəticə göstərdi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan yığma komandası Rumıniyanın Slatina şəhərində keçirilənXIX Kiçik Balkan Riyaziyyat Olimpiadasında (XIX Junior Balkan Mathematical Olympiad) iştirak edib.Olimpiadada Azərbaycanla yanaşı 20-dən çox ölkənin şagirdləri iştirak edib.
Şagirdlərin fərdi qaydada yarışdığı olimpiadanın qaydalarına görə şagirdlərə 4,5 saat ərzində 4 sual təqdim olunub. Hər bir sualın 10 ballıq sistemlə qiymətləndirildiyi olimpiadada Azərbaycan məktəbliləri ümumilikdə 5 medal qazanıb. Şirvan "İstək” liseyinin IX sinif şagirdi Ağəli Zeynallı 2-ci yerə çıxaraq gümüş medala layiq görülüb. Xalqlar Dostluğu "İstək” liseyinin IX sinif şagirdi Anar Abbaslı, Nərimanov "İstək” liseyinin VIII sinif şagirdi Ramil Cəbiyev, Şirvan "İstək” liseyinin VIII sinif şagirdi Ramiz Vəliyev, Lənkəran "İstək” liseyinin VIII sinif şagirdi Murad Ağayev isə olimpiadanı üçüncülüklə başa vuraraq bürünc medallara layiq görülüb.
Məlumat üçün qeyd edək ki, milli təhsil brendi olan "İstək” liseyi Azərbaycanı əksər beynəlxalq fənn və layihə olimpiadalarında təmsil edir. Liseyin şagirdləri 2014-2016-cı illərdə ABŞ, Argentina, Albaniya, Rusiya, Danimarka, Yunanıstan, Cənubi Koreya, Rumıniya, Qazaxıstan, Tayland, Hindistan kimi ölkələrdə keçirilmiş beynəlxalq fənn və layihə olimpiadalarından 69 medal qazanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























