• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 4 yaşlı uşaq əməliyyatdan sonra öldü

Azərbaycanda 4 yaşlı uşaq əməliyyatdan sonra öldü
02.07.2016 11:46
Onun ölümünə səbəb qusma olub.

Sumqayıtda əməliyyatdan çıxan 4 yaşlı qız uşağı ölüb. ANS PRESS-in məlumatına görə, hadisə Sumqayıtda yerləşən özəl klinikaların birində baş verib. Burun və boğaz ətinin kəsilməsi ilə bağlı əməliyyat keçirən 4 yaşlı Arzu Qurbanlı adlı qız uşağı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib. 

Əməliyyatı həyata keçirən həkim İlham Ağayev ANS PRESS-ə açıqlamasında uşağın qusma nəticəsində həyatını dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, əməliyyatdan sonra balaca Arzunun vəziyyəti yaxşı olub: "Uşaq ötən gün günorta saat 1 radələrində əməliyyata salınıb. Əməliyyat çox uğurla başa çatıb. Əməliyyatdan sonra uşağın anası yanında olub. Mən özüm də axşam saat 18:00-dək klinikada olmuşam, tez-tez ona baş çəkmişəm. Arzu  danışırdı, gülürdü, bir az süd və su içmişdi". 

Həkim evə getdikdən sonra da tez-tez xəstəyə görə klinikaya zəng vurduğunu və oradan müsbət cavab aldığını bidirib. Lakin axşam saat 21 radələrində uşağın vəziyyəti pisləşib və o qaytarıb. 

İ.Ağayevin sözlərinə görə, həmin vaxt da uşağın anası yanında olub. "Amma bilmirəm uşaq qaytaranda üzü aşağı olub və ya necə olub ki, qaytardığı kütlə onun nəfəs borusuna gedib, edilən müdaxilələrə baxmayaraq, o, dünyasını dəyişib".

Əməliyyatı həyata keçirən həkim deyir ki, körpənin aspirasiya (bədən boşluğunda qalan maye, hava və s.kütlənin sorulması) edərkən uşağın nəfəs borusundan qida kütləsi çıxıb. Güman olunur ki, bu səbəbdən uşaq boğulub, ölüb. Ölümün səbəbinin daha dəqiq olması üçün həkimlərin və hüquq-mühafizə orqanlarının təkidi ilə valideynlər meyiti ekspertizaya göndərməyə razı olub.

"Uşağın ölümünün əməliyyatla heç bir əlaqəsi yoxdur", - deyə İlham Ağayev əlavə edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol