• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağ münaqişəsində 3811 nəfər itkin düşüb

Dağlıq Qarabağ münaqişəsində 3811 nəfər itkin düşüb
05.07.2016 20:03
Bu şəxslərdən 61-i uşaq, 255-i qadın, 304-ü isə qocadır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3811 nəfər itkin düşüb.

Oxu.Az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən xəbərə görə, qeydiyyata alınan həmin şəxslərdən 3098 nəfəri hərbçi, 713-ü mülki şəxs, o cümlədən 61-i (20 nəfər qız, 41 nəfər oğlan) uşaq, 255-i qadın, 304-ü isə (158 nəfər qadın) qocadır.

Bundan başqa, 877 nəfərin əsir-girov götürülməsi barədə məlumatlar daxil olub. Onlardan 595-i hərbçi, 282-si mülki şəxs, eləcə də 27-si (7 nəfər qız, 20 nəfər oğlan) uşaq, 99-u qadın, 114-ü isə (65 nəfər qadın) qocadır.

Eyni zamanda, əsir və girovluqdan azad edilən şəxslərin sayı isə 1436 nəfərdir. Onlardan 351-i hərbçi, 1 085-i mülki şəxs, eləcə də 210-u (74 nəfər qız, 136 nəfər oğlan) uşaq, 341-i qadın, 258-i isə (108 nəfər qadın) qocadır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatından keçən itkin düşmüş şəxslərdən 3734 nəfəri Azərbaycan tərəfindən, 780 nəfəri isə erməni tərəfindəndir.        

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol