• $
  • €
  • ₽
  • ₺
  • £

Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olundu

Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olundu
06.07.2016 16:39

Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində- Kiş çayı üzərindən müvəqqəti yolun salınması istiqamətində işlər tam olaraq yekunlaşdırılıb. Bununla da Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olunub.

"Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, Kiş çayının məcrasına yerləşdirilən 12 paqon-metr uzunluğunda suötürücü dəmir-beton boruların üzərindən xüsusi texnikanın köməyi ilə yeni salınan müvəqqəti yol 4 metr enindədir.

Hazırda Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində hazırlıq işləri görülür. Bunun üçün hazırda layihə-smeta sənədləri hazırlanır, ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

Xatırladaq ki, iyul ayının 3-ü gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparıb. Nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdir. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən 1-1,5 metr idi.

Təbii fəlakətin baş verdiyi əraziyə dərhal "Azəravtoyol” ASC-nin mütəxəsisləri və ağır texnikası cəlb olunmuşdu. Avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi yalnız Oxud yolundan istifadə etməklə mümkün idi ki, bu yolun da uzunluğu təxminən 10 kilometrdir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol