• $
  • €
  • ₽
  • ₺
  • £

"Şərq Tərəfdaşlığı" ölkələri üçün Media Mükafat müsabiqəsi keçiriləcək

"Şərq Tərəfdaşlığı" ölkələri üçün Media Mükafat müsabiqəsi keçiriləcək
08.07.2016 15:13
Şәrqi Avropada mәdәniyyәt müxtәlifliyi üzrә ADAMI media mükafatı müsabiqəsi açıq elan olunub.
 
Audiovizual KIV-in bu media-müsabiqəsi "Şərq Tərəfdaşlığı" ölkələrində öz regionlarının dini-mədəni, tarixi və etnik müxtəlifliyini işıqlandırmaq üçün çalışan jurnalistlərin, tele-radio yayım şirkətlərinin əməkdaşların və kinematoqrafların fəaliyyətini əhatə edir. Ümumilikdə televiziya və onlayn kontenti əhatə edən 6 kateqoriyada 6 mükafat nəzərdə tutulub. Eləcə də gənc kinematoqraflar və jurnalistlər üçün mükafatlar nəzərdə tutulub.

ADAMI müsabiqəsində Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna KİV işçiləri edəcək. Bu, mədəni müxtəliflik üzrə işlərinizi nümayiş etdirmək və yayım peşəkarlarından ibarət qrupa qoşulmaq üçün unikal imkandır. 

ADAMI Media mükafatı 2016-cı ildə altı kateqoriya üzrə mükafat təqdim edəcək:

● Әylәncә (bәdii) üzrә ADAMI Media mükafatı
● Mәlumat (qeyri bәdii) üzrә ADAMI Media mükafatı
● Xәbәrlәr vә Qısa Qeyri bәdii verilişlәr üzrә ADAMI Media mükafatı
● Gәnclәr üçün ADAMI Media mükafatı
● Veb sәhifәlәr üzrә ADAMI online mükafat
● Veb videolar üzrә ADAMI online mükafat

Müsabiqədə qeydiyyatdan keçmək üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz: 
adamimediaprize.eu.
 
Ərizə qəbulunun son tarixi 10 oktyabr 2016-cı ildir. Qaliblər 2016-cı ilin noyabr ayında Ukraynanın Kiyev şəhərində, beynəlxalq səviyyədə yayımlanan Ukrayna Milli Televiziyasında təşkil olunacaq təntənəli mərasimdə elan olunacaq.

Müsabiqənin qaydaları və digər məsələlər üçün [email protected] ilə əlaqə qurmaq tövsiyyə olunur. 

ADAMI Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Avropa Yayım Birliyi, "DeutscheWelle" Akademiyası, Şərqi Avropa araşdırmaları üzrə Alman Cəmiyyəti ilə tərəfdaşlıq şəklində həyata keçirilir. ADAMI Ukrayna, Moldova və Gürcüstanın milli ictimai teleradio yayım qurumları ilə əməkdaşlıq edir.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol