• $
  • €
  • ₽
  • ₺
  • £

Könüllülər Parlamenti öz işinə başladı - FOTOLAR

Könüllülər Parlamenti öz işinə başladı - FOTOLAR
08.07.2016 15:27
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi, "ASAN Könüllüləri”
təşkilatının təşkilati dəstəyi ilə "Könüllülər Parlamenti – Azərbaycan” layihəsinin açılış mərasimi baş tutub.

Daşkəsən rayonunda yerləşən Gənclərin təlim və istirahət mərkəzində baş tutan açılış mərasimində "ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov  layihənin məqsədi, ideyasıyla bağlı açılış nitqi söyləyib.

Daha sonra  Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və  dövlət quruculuğu  komitəsinin sədr müavini , Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Rzayev çıxış edib. Millət vəkili belə bir layihənin gənclər tərəfindən irəli sürülmüş gözəl bir təşəbbüs olduğunu bildirib.
 
Gənclərin belə layihələrdə iştirakının həm şəxsi inkişafına həm də karyera həyatında uğur qazanmasına səbəb olduğunu qeyd edən millət vəkili daha sonra gənclərə ölkədə aparılan gənclər siyasəti, ölkə və ordu quruculuğu barədə geniş məlumat verib.

Layihənin birinci günündə Gənclər və idman Nazirinin müavini İntiqam Babayev gəcnlərlə görüş keçirib. Layihə və layihə iştirakçılarına uğurlar arzulayan  nazir müavini ölkəmizdə gənclər və idman sahəsində  aparılanmühüm islahatlar və bu islahatların verdiyi tövhələrdən danışıb.

Qeyd edək ki, Layihənin əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstuktiv şəkildə bildirməsinin stimullaşdırmaqdır. Bildirək ki, "Könüllülər Parlamenti” layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulasiya formatında təşkil olunacaqdır. Layihə iştirakçısı olan "Könüllü deputatlar” müxtəlif komitələr tərkibində  Azərbaycandakı qeyri-neft sektorunun başlıca istiqamətləri, təhsil, sənayə, energitika üçün mövcud imkanlar, Azərbaycandakı QHT-lərin xarici ölkə QHT-lərindən əsas fərqləndirici amilləri,problemlərin aradan qaldırılması yolları və s. kimi mövzuları müzakirə edəcək və bu mövzular ətrafında qanun layihəsi hazırlayacaqlar.
 










www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol