• $
  • €
  • ₽
  • ₺
  • £

Metropoliten mütəxəssisləri buraxılış imtahanında

Metropoliten mütəxəssisləri buraxılış imtahanında
08.07.2016 17:05
Metropolitendə təcrübə keçməklə, tələbələr nəzəri bilikləri praktikada tətbiq etməyi öyrəniblər.
 
Bu barədə ANN.Az-a Bakı Metropolitenin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, "Bakı Metropoliteni” QSC və Dövlət Dəmir Yolu Liseyi arasındakı razılaşmaya əsasən, liseyin müvafiq ixtisas qrupları üzrə keçirilən builki buraxılış imtahanlarında metropolitençi mütəxəssislər də iştirak ediblər. Məqsəd imtahanların mövcud tələblərə və qaydalara uyğun təşkilində liseyə kömək göstərmək idi. Bu məqsədlə həm üçillik, həm də birillik qruplar üzrə imtahan materiallarının metropolitendə istismar təlimatlarına uyğun hazırlanmasında metropoliten mütəxəssislərinin rəyi də nəzərə alınıb.

"İmtahanların gedişini izləyərək, məzunların bilik səviyyəsi haqqında məlumat əldə edən «Bakı Metropoliteni» QSC-nin nümayəndə heyəti liseyin rəhbərliyi ilə gələcəkdə tədris prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı müzakirələr də aparıblar. Müasir tələbləri nəzərə almaqla, hərtərəfli kadrların hazırlanması məqsədilə lazımi tədbirlərin görülməsi və birgə fəaliyyətin genişləndirilməsi barədə ilkin razılıq əldə olunub. Dövlət Dəmir Yolu Liseyində yeni tədris mövsümündən təhsil almaq arzusunda olanların seçimində metropoliten mütəxəssislərinin iştirakı barədə fikir mübadiləsi aparılıb. Bu, gələcəkdə müvafiq peşələr üzrə savadlı kadrların hazırlığı prosesinin təkmilləşdirilməsinə kömək edəcək. Həmçinin liseyinin tələbələri istehsalat təcrübəsini metropolitendə keçməklə nəzəri bilikləri praktikada tətbiq etməyi öyrənib və hazırlıqlarını optimal həddə çatdıra biliblər" - deyə məlumatda bildirilib.
 
Qeyd edilənlərlə yanaşı, tələbələr tədris prosesini tam mənimsəyərək, biliklərə yiyələnmək üçün stimul əldə ediblər. Bu, gələcəkdə onların metropolitendə işlə təmin olunmasına aparan ən qısa yol olacaq.
 
Qeyd edək ki, elektrik qatarlarının maşinist köməkçisi ixtisası üzrə təhsil alanlara təcrübə kurslarında lazımi şərait yaradılıb, onların maşinist trenajorundan istifadə etməklə biliklərə yiyələnməsinə imkan verilib. Hazırda «Bakı Metropoliteni»QSC-nin Dövlət Neft və Sənaye, Texniki, həmçinin Memarlıq və İnşaat universitetləri ilə müvafiq əməkdaşlıq razılaşmaları var.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol