• $
  • €
  • ₽
  • ₺
  • £

Arıqlama dərmanlarının təhlükəli nəticələri

Arıqlama dərmanlarının təhlükəli nəticələri
09.07.2016 11:14
Arıqlama dərmanları daha çox qaraciyər, böyrəklər və bağırsaqlar üçün fəsadlar yaradır.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, bu dərmanlar qaraciyər və böyrək çatışmazlığı, bağırsaqda isə yara yarada bilər.

A.Maqsudov əlavə edib ki, bu fəsadlar dərmanlar uzun müddət qəbul edildiyi zaman özünü göstərir: "Bu dərmanları 2-3 gün içdikdə belə fəsadlar vermir, amma ən azı 1 ay, 1 ay yarım içildikdə fəsadlaşma başlayır”.

Həkim qeyd edib ki, arıqlama dərmanlarının fəsad yaratmaması üçün ilk növbədə həkimin təyinatı ilə qəbul edilməli və dərmanı qəbul edən şəxs vaxtaşırı müayinələrdən keçərək sağlamlıq vəziyyətini yoxlatdırmalıdır.

A.Maqsudov deyib ki, sırf arıqlama dərmanlarından baş verən zəhərlənmə ilə əlaqədar müraciət edən olmur: "Çünki burada zəhərlənmədən söhbət getmir. Bu dərmanlar onu qəbul edən şəxsdə əlavə təsirlər yarada bilər. Arıqlama dərmanlarını içənlər bizə adətən, məsləhət üçün müraciət edirlər ki, dərmanı içəndən sonra mədə, yaxud bağırsaqda narahatlıq yaranıb. Həkim də müayinələr aparıb məsləhət verir. Amma məsləhət üçün belə müraciət edənlərin də sayı çox olmur”.
A.Maqsudov əlavə edib ki, dərmanların əlavə təsirləri ilə əlaqədar hər ay mərkəzə 5-7 nəfər, bu il ərzində isə artıq 35 nəfər dərmanların əlavə təsirlərinə görə xəstəxanaya müraciət edib. Əlavə təsir yaradan bu dərmanlar əsasən, antibiotiklər və polivitaminlər olur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol