• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəs Qarayev: Hamı rayonlara axışır

Əbülfəs Qarayev: Hamı rayonlara axışır
11.07.2016 15:06
Şənbə və bazar günləri Azərbaycanın rayonlarında olan mehmanxanalarda boş yerlər olmur.
 
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, insanlar istirahət günlərində rayonlara axın edirlər. Ə.Qarayev ümumilikdə Azərbaycana gələn turistlərin sayında artım olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sadələşdirilmiş vizanın tətbiqi nəticəsində ölkəyə gələn turistlərin sayında xeyli artım qeydə alınıb: "Ərəb ölkələrindən gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Eyni zamanda Koreyadan, Yaponiyadan gələnlərin sayında artım var. Sözsüz ki, bu istiqamətdə işlər daha da gücləndiriləcək, Azərbaycanın turizm potensialının həmin ölkələrdə təqdim olunması üçün müvafiq tədbirlər həyata keçiriləcək”.

Nazir vurğulayıb ki, Azərbaycanda yeni 2 və 3 ulduzlu otellərin tikilməsini stimullaşdırmaq üçün yeni mexanizmlər üzərində iş aparılır.

Nazir təhlükəsizlik sahəsində də tədbirlərin həyata keçirildiyini bildirib: "Biz Fövqəladə Hallar Nazirliyi ilə birlikdə çimərliklərdə, otellərdə təhlükəsizlik tədbirlərinin görülməsi üçün müvafiq tövsiyələr hazırlamışıq. Hüquq-mühafizə orqanları da bu işlərə cəlb olunub və müvafiq tədbirlər həyata keçirilir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol