• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda nazirlik qarşısında etiraz aksiyası oldu – VİDEO

Bakıda nazirlik qarşısında etiraz aksiyası oldu – VİDEO
11.07.2016 19:16
Bu gün bir qrup şəxs ünvanlı sosial yardım ala bilməməsini əsas gətirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb. 

ANS TV-nin məlumatına görə, onlar etirazlarını avtomobillərin hərəkətinə mane olmaqla bildirmək istəsə də, polis əməkdaşları bunun qarşısını alıb. 

Müxtəlif bölgələrdən gələn şəxslərin şikayətlərinin əsas səbəbi yeni sistem - ünvanlı sosial yardımın elektron yolla ayrılması olub. 

Şikayətçilər bildiriblər ki, artıq iki aydır yardımlarını ala bilmirlər. Yeni sistem onlayn şəkildə aparıldığından və bundan anlayışları olmadığı üçün bu yenilikdən yararlanmaqda da çətinlik çəkirlər. 

Nazirliyin rəsmisi Elman Babayev bildirib ki, şikayətçilərin əksəriyyətinin yeni sistemdən anlayışı yoxdur. 

Bu sistemdə əsas məqsəd şəfafflığı təmin etmək və vətəndaşlara daha keyfiyyətli xidmət göstərməkdir. Əgər ünvanlı sosial yardım alan şəxs bu yardımdan məhrum olubsa, o, poçt vasitəsilə yenidən nazirliyə müraciət edə bilər.

"Bəzən vətəndaşlar öz gəlirləri barədə düzgün məlumat vermirlər. Bu zaman dərhal imtina cavabı verilir. İmtinanın səbəbi barədə həmin şəxs məlumatları daxil etdiyi yerdən - şəxsi kabinetindən məlumat ala bilər. Yəni orada ətraflı şəkildə hansı səbəbdən imtina cavabı verildiyi barədə izahat verilir”, – deyə o bildirib.





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol